Baş hüquqşunas vakansiyası (Korporativ hüquq sahəsi üzrə)
Vakansiya barədə məlumat:
Əsas vəzifələr:
- Korporativ hüquq sahəsinə aid olan sənədlərin layihələrini hazırlayır;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
- Bankdaxili bütün normativ sənədlərin (təlimat, qayda, prosedur və s.), o cümlədən əmrlərin, qərarların və sərəncamların hüquqi ekspertizasını həyata keçirir və onlara rəy verir;
- Bütün struktur bölmələrə hüquqi yardım edir, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verir, habelə optimal çıxış yollarının tapılması üçün öz təkliflərini verir;
- Qanunvericiliklə müəyyən edilmiş hüquqi vasitələrlə Bankın hüquq və mənafelərinin müdafiəsini , habelə onun fəaliyyətində qanunverciliyin bütün tələblərinə riayət edilməsini təmin edir;
- Bankın fəaliyyətində meydana çıxan bütün hüquq məsələləri üzrə rəyləri hazırlayır;
- Bankın hüquqi statusuna aid bütün növ sənədləri hazırlayır;
- Bank daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarət edilməsində iştirak edir;
- Dövlət orqanları və kommersiya ictimai təşkilatları ilə hüquqi məsələlərlə bağlı yazışmaları aparır;
10.Zərurət yarandıqda Bankın müvafiq struktur bölmələrinə pretenziya işində hüquqi yardım göstərir.
Namizədə olan əsas tələblər:
- Ali hüquqi təhsil;
- İxtisas üzrə azı 3 il iş təcrübəsi, Korporativ hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsi (Bank və böyük təşkilatlarda , habelə məhkəmələrlə iş təcrübəsi olanlara üstünlük verilir.);
- Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması;
- MS office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləyə bilmək bacarığı;
- Azərbaycan dilində səlist danışmaq və yazmaq qabiliyyəti. Rus və İngilis dillərini bilmək.
Peşəkar biliklərə dair tələblər:
- Bankın fəaliyyətini tənzimləyən normativ aktlar;
- Hüquqi fəaliyyət üzrə Azərbaycan Respublikasının qanunları, metodiki və normativ xarakterli materiallar;
- Mülki, mülki-prosessual, əmək, maliyyə, inzibati, vergi qanunvericiliyi;
- Bankın fəaliyyəti ilə əlaqədar müqavilələrin bağlanılması qaydası;
- Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədləşmənin sistemləşdirilməsi və qeydiyyatı qaydası.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33