18 C
Baku
Wednesday, April 24, 2024

Baş icraçı direktor: “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi mütləq reallaşdırılacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) müvafiq şərait olduğu təqdirdə mütləq həyata keçiriləcək.

Banker.az Azertag-a istinadən xəbər verir ki, bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser deyib.

O, həmçinin qeyd edib ki, şirkət Səudiyyə Ərəbistanının neft-kimya nəhəngi “Sabic” şirkətinin səhmlərinin alınması üçün ölkənin suveren fondu “Public Investment Fund” ilə danışıqlar aparır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi üçün ən məqbul tarixin 2021-ci il olduğunu deyib. Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud isə avqustda təxirə salınan “Aramco”nun IPO-sunun ən gec 2021-ci ildə reallaşacağını bildirib.

Qeyd edək ki, “Aramco”nun səhmlərinin satışının bu ilin ikinci yarısında olması planlaşdırılırdı. Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Şirkətin bazar dəyərinin təxminən 2 trilyon dollar olması gözlənilir. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər