25 C
Baku
Saturday, July 27, 2024

Baş infeksionist: “Əhalinin 60-80 faizi vaksinasiya olunmalıdır”

“Son vaxtlar yeni ştammlar yayılıb, xüsusilə Böyük Britaniya ştammı daha sürətlə yayılır. Ona görə əhalinin 60-80 faizi vaksinasiya olunmalıdır”.

Bunu baş infeksionist Təyyar Eyvazov “Yay aylarında COVID-19” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əhalinin yerləşməsi seyrək olanda ərazilərdə bu rəqəm daha az ola bilər: Amma sıx yaşanılan yerlərdə daha çox olmalıdır. Kollektiv immunlaşma mütləqdir. Bunun əsas əhəmiyyətlərindən biri də budur ki, bəzi insanlarda əks göstərişlər olduğu üçün vaksinasiya oluna bilmir. Kollektiv immunlaşma ilə bu cür vaksinasiya oluna bilməyən insanları da qorumuş oluruq”.

Son xəbərlər
Digər xəbərlər