TƏLƏBLƏR:
- Ali təhsil;
- Kassada (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 3 ilə qədər iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
- Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
- Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
İŞÇININ VƏZIFƏSI:
- Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun aparılması;
- Gün ərzində kassadan keçmiş bütün sənədlərə nəzarət;
- Әməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
- Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması;
- Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu;
- Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların yüklənməsi üçün pulların verilməsi;
- Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması.
QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.