“NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq qurulub”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan Əfqanıstandakı missiyamıza, xüsusilə, Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi məsələsinə mühüm töhfə verib”, – Stoltenberq bildirib.
Alyans rəsmisi vurğulayıb ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamı üçün vacibdir.