13 C
Baku
Sunday, September 29, 2024

Baş kredit mütəxəssisi (Biznes kreditləri) – Bakı, Abşeron, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Ağcabədi, Şirvan, Kürdəmir, Şəki, Şəmkir, Gəncə, Şamaxı, Ağsu, Lənkəran, Masallı (Rabitabank)

İşçinin vəzifələri:

∙          Potensial müştərilərin banka cəlb edilməsi;

∙          Birbaşa marketinq funksiyasını həyata keçirməklə Bankın xidmət və kredit məhsullarının təbliğ edilməsi;

∙          Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi

∙          Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin biznes təhlilinin aparılması;

∙          Kredit sənədlərinin kredit komitəsinə təqdim edilməsi və komitənin qərarına əsasən kreditin rəsmiləşdirilməsi;
Kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edilməsi

∙          Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərinin həyata keçirilməsi

∙          Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləməsi

∙          Satış prosesinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.

Tələblər:

∙            Ali təhsil  (İqtisadi, maliyyə  və riyazi təhsili olanlara üstünlük verilir);

∙            Dil bilikləri: Azərbaycan dili (rus dili bilənlərə üstünlük verilir)

∙            Biznes kreditləri (mikro) sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq

∙            Yüksək satış qabiliyyətinə malik olmaq;

∙            Yüksək analitik qabiliyyətə malik olmaq;

∙            MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;

∙            Yüksək etika, ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;

∙            Məsuliyyət, düzgünlük  və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;

Qeyd: Kişi namizədlərə üstünlük veilir

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər