Baş Mühasib
Şirkət: Auto Pro MMC
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst
1C –də işləməyi bacaran
İş qrafiki: Altı gün, 09:00 -18:00
İş stajı: Minimal 5 il
Təhsil: Ali
Maaş: 1000 AZN
Elanın tarixi May 18, 2017
Bitmə tarixi İyun 17, 2017
Namizədə tələblər
– Ali iqtisadi təhsil
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək
– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (Avtomobil sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
– Mühasibatlıqla bağlı yerli və beynalxalq qanunvericiliyi bilməli
– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi, BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– Fərdi və kollektivdə işləmə qabiliyyəti
Ünvan: M. Əliyev küç. 24/08
E mail: [email protected]