12 C
Baku
Wednesday, December 11, 2024

Baş Mühasib – Ayma Alyans QSC

Sinteks Şirkətlər Qrupu Emporium, Gucci, Dolca&Gabbana, Burberry, Fendi, Salvatore Ferragamo, Valentino, Diesel, Emporio Armani və digər məhşur brendləri Respublikamızda təmsil edərək, həmin brendlərin məhsullarının satışını həyata keçirdir.

Şirkət: (Sinteks Şirkətlər Qrupu) – Ayma Alyans QSC

HAL HAZIRDA Sinteks Şirkətlər Qrupuna daxil olan Ayma Alyans QSC-yə  BAŞ MÜHASİB tələb olunur.

Əsas vəzifə öhdəlikləri (lakin bunlarla məhdudlaşmayacaq):

•        Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi
•        mühasibat  hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
•        digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkili.
•        Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtibi.
•        İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının,  pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət.
•        Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik.

Tələblər:

∙ 25-35 yaş həddi ,
∙ Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
∙ Komputer bilikləri – MS office, 1C 8.2
∙ ACCA , IFSR üzrə sertifikatlar üstünlük verilir
∙ Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
∙ Vergi Məcəlləsi üzrə mükəmməl biliklər

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Baş Mühasib” qeyd etməklə göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər