24 C
Baku
Tuesday, October 1, 2024

Baş mühasib – Bank of Baku

Əsas vəzifə və öhdəliklər

  • Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu, Vergilər Nazirliyi və s)
  • Vergi uçot işinin təşkili və optimallaşdırılması
  • Maliyyə və vergi üzrə uçotun müqayisəli şəkildə açıqlanması
  • Bankın vergilər üzrə şəxsi hesab vərəqəsinə vergi orqanı tərəfindən işlənilmiş məlumatların (vəsait) bank tərəfindən ödənilən vəsaitlərlə uyğunluğunun yoxlanılması, mümkün uyğunsuzluğun aradan qaldırılması
  • Bank tərəfindən vergilərin qanunvericiliyə uyğun olaraq hesablanaraq vaxtında ödənilməsinə nəzarət olunması
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin vergi uçotu üzrə reyestrindəki məlumatların (köhnəlmə, təqdim olunma və ya silinmə, təmir norması və s.) vergi məcəlləsində bu uçota aid maddələrin tələbinə uyğun yoxlanılması və düzgünlüyünün təmin edilməsi
  • Digər fondlara (DSMF) əmək haqqı üzrə tutulmaların yoxlanılması və düzgünlüyünü təmin edilməsi
  • İlin yekunu üzrə audit şirkəti tərəfindən hazırlanmış Maliyyə hesabatlarının yoxlanılması və lazımı düzəlişlərin edilməsi və s.

Seçim meyarları

  • Ali təhsil (maliyyə/iqtisadiyyat və ya BBA/MBA)
  • Bank sahəsində baş mühasib vəzifəsində 3 il iş təcrübəsi
  • Azərbaycan dili – əla, rus və ingilis dilləri – yaxşı
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Yüksək təhlil qabiliyyəti
  • Təzyiq altında işləmə bacarığı

İş şərtləri

  • Iş vaxtı: 5 iş günü, 09.00-18.00
  • İş yeri: Baş Ofis
  • Əmək haqqı: təcrübədən asılı olaraq

Müraciət üçün son tarix: 21/08/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Baş mühasib sözünü qeyd etməyi unutmayın!

Son xəbərlər
Digər xəbərlər