Caspian Audit MMC
Baş mühasib
Əmək haqqı: 600-700 AZN
Tələblər:
– Yaş həddi: 25-45
∙ Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi.
∙ Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
∙ Azərbaycan (əla) Rus və İngilis dilləri arzuolunandır.
∙ 1C (8.3) proqramında işləmək bacarığı
Vəzifələr:
∙ Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə; Şənbə qısaldılmış iş günü; bazar – istirahət
Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.