6 C
Baku
Monday, January 13, 2025

Baş mühasib maliyyə direktonu əvəz edə bilərmi?

Baş mühasib tam və yaxud qismən olaraq Maliyyə direktorunun səlahiyyətlərini icra edə bilərmi? Bu suala cavab vermək üçün ilk olaraq Baş mühasib və maliyyə direktorunun vəzifə səlahiyyətlərinə nələrin daxil olduğunu araşdırmaq lazımdır.

Mühasib əsas olaraq faktlarla işləyir və bütün baş verən dəyişiklikləri hesaba daxil edir. Mühasibin öz işində səhvə yol verilməsi qəbuledilməzdir. Özlüyündə mühasib proqnozlar vermir, şirkətin keçmişini rəqəmlər formasımda toplayır və bu haqda indiki zamana aid olan hesabat hazırlayır.

Baş mühasib – gəlirin cəlb edilməsi ilə məşğul olmayan texniki mütəxəssisdir. O maddi aktiv və rezervlərin hesaba alınması və qorunması ilə məşğuldur. Onun əsas vəzifəsi bütün sənədləşməni vaxtında və dəqiq olaraq hesabata çevirməkdir. Mühasibin diqqəti əsas olaraq indiki və keçmiş zamana istiqamətlənmiş vəziyyətdədir. O idarəetmə hesabatını təqdim etmək fonunda Maliyyə direktorunun köməkçisidir. Daha doğrusu, mühasib – icraçıdır.

Maliyyə direktorunun maliyyə öhdəliklərinə gəldikdə isə qeyd etmək lazımdır ki, onun əsas vəzifəsi əməkdaşların hətta düşüncələrini belə idarə etməyi bacarmaq, şirkətin gələcəyi naminə sizin gəlirinizi düzgün şəkildə investisiya etmək, ən xırda xərcləri belə daha effektiv hala gətirmək və böyük pullarla işləməyi bacarmaqdır. Maliyyə direktoru şirkət vəsaitlərinin hansı sahələrə yatırılmaqla daha çox gəlir əldə ediləcəyini yaxşı bilən mütəxəssisdir. Beləliklə, Maliyyə direktoru icra etdirəndir.

Müqayisədən belə aydın olur ki, Baş mühasib icraçı, Maliyyə direktoru isə icra etdirəndir. Lakin əgər Baş mühasibinizin Maliyyə direktorlarının sahib olduğu bu yüksək keyfiyyətlərə nail olduğunu düşünürsünüzsə ona da məsuliyyəti həvalə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər