18 C
Baku
Friday, November 22, 2024

Medeks LLC Baş Mühasib axtarır

Baş Mühasib

Vəzifə öhdəlikləri:

– Mövcud olan qanunvericiliyə, müəssisənin daxili prosedurlarına uyğun maliyyə nəticələrinin uçotunun təşkil edilməsi ;
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi ;
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi ;
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
– İşçilərin ayliq əmək haqlarinin hesablanmasi (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analiq məzuniyyəti üzrə müavinət, və s.) ;
– Kassa mədaxil və məxaric orderlərinin tərtibi, kassa kitabinin yazilmasi ;
– Dövlət hesablarinin təqdim edilməsi (vergi, dsmf, statistika);
– İllik hesabatların hazırlaması və aidiyyəti orqanlara təqdim edilməsi;
– Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderləri, qaimə- fakturaların və s.) düzgün yazılması, həmçinin onların uçotunun aparılması;
– Daxili və kənar auditorlarla işin təşkili.

Tələblər:

– Qanunlar və normativ hüquqi sənədləri, sahibkarlıq və kommersiya fəaliyyətini tənzimləyən eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi və subyektlərin hüquqi bazası, məs.
– Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;.
-Maliyyə hesabatlarının tərtib edilmə qaydalarını müəyyən edən sənədlərlə işləməyi bilməli;
– Mühasibat uçotunun müəssisədə təşkili haqqında əsasnaməni, təlimatları və onun aparılma qaydalarını bilməli;
– Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
– Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli;
– Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını;
– Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını;
– Kreditor və debitorlarla hesablaşma qaydalarını;
– Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını ;

– Yaş həddi 30-40
– Baş mühasib sahəsində ən azı 5 il iş təcrübəsi
– Azərbaycan, Rus dili bilikləri
– Ofis proqramlarını sərbəst səviyyədə bilməli

E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər