11 C
Baku
Tuesday, November 26, 2024
Home Digər vakansiyalar Baş mühasib – Sinteks MMC

Baş mühasib – Sinteks MMC

0
Baş mühasib – Sinteks MMC

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks şirkətinə Baş mühasib tələb olunur.

Vəzifə öhdəlikləri:

• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
• Vergi, DSMF və Statistika üzrə hesabatların tərtib/təqdim edilməsi, nəticədə yaranan öhdəlikləri vaxtında icra edərək ödənişləri təmin etmək
• Daxil olan ilkin sənədlər əsasında pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Satılan məhsulun, iş və ya xidmətin maya dəyərinin iqtisadi cəhətdən əsaslandırılmış qaydada hesablanmasını təmin etmək
• Kreditor və debitorlarla hesablaşmalara nəzarət və üzləşmələrin aparılmasını təşkil etmək
• Yük Gömrük Bəyannamələrinin (idxal/ixrac əməliyyatları) uçota alınmasını təşkil etmək
• Yerli və xarici ödənişləri təmin etmək
• Əmək haqqının, eləcə də məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələrinin və sosial müavinətlərin hesablanması və ödənilməsini  təmin etmək
• Dövlət orqanları xüsusilə Vergi və DSMF orqanları tərəfindən göndərilən sorğuların əsaslandırılmış qaydada cavablandırılmasını təmin etmək
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək

Namizədə qoyulan  tələblər:

• Mühasibat uçotu və Maliyyə sahəsi üzrə ali təhsil
• MS Office proqramları ilə işləmək bacarığı (xüsusilə excel)
• Minimum 3-5 il mühasibatlıq, iqtisadiyyat, maliyyə və ya audit sahəsində iş təcrübəsi
• Azərbaycan və rus dillərində koorporativ yazışma və danışıq aparmaq qabiliyyəti
• Müqavilələr və onların hüquqi tərəfləri ilə işləmək bacarığı
• Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər
• Azərbaycan Respublikasının Əmək Məcəlləsindən lazımı biliklər
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək qabiliyyəti
• 1C-də mühasibatlığın işlənməsi
• BTP, DSMF proqramları ilə işləmək bacarığı
• Beynəlxalq sertifikasiya arzuolunandır
• Planlaşdırma və koordinasiya bacarığı
• Fərdi və kollektivdə işləmək bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Baş mühasib” qeyd etmələri xahiş olunur.