16 C
Baku
Monday, September 30, 2024

Baş mühasib – Xalq Kapital MMC, Xalq Bank

Vəzifə: Baş mühasib

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali magistr təhsili (Maliyyə və ya İqtisadi arzuolunandır);
• Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
• Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər;
• 1C 8.3 versiyasının istifadəçisi;
• Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər
• MS Office proqramlarından istifadə etmək bacarığı (xüsusi ilə Excell)
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Xarici dil bilikləri, ACCA və sairə olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkili;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkili;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• 1C 8.3 versiyasında  əsas vəsaitlərin və qeyri-maddi aktivlərin maliyyə və vergi uçotu üzrə aşağıdakı əməlyyatlarının aparılması;
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə mədaxil/məxaric əməliyyatlarının uçotu;
• Əsas vəsaitlər üzrə təmir, saxlama və istismar xərclərinin uçotu;
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə amortizasiyasının və vergilərin hesablanması (əmlak vergisi, torpaq vergisi);
• Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə hesabatların (daxili, vergi və statistika) hazırlanması;
• İnventar, azqiymətli və tezköhnələn əşyaların uçotu.

QEYD:  Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:   [email protected]
Telefon:  (012) 404 43 39
Faks:        (012) 404 43 34

Son xəbərlər
Digər xəbərlər