Baş Mühasibin müavini
Gilan Kənd Təsərrüfatı Qrupu Baş Mühasibin müavini vakansiyasına işçi axtarır.
Vəzifələri
• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək.
Tələblər
• Maliyyə, iqtisadi, biznesin idarə edilməsi sahəsində ali təhsil;
• Mühasibatlıq sahəsində 10 illik, istehsal sahəsinin mühasibatlığında 5 illik iş təcrübəsi;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı;
• MS Office proqramlarını bilməli; (mükəmməl Excel bilikləri)
• 1C proqramının 8.2 və ya 7.7 versiyasında işləmə təcrübəsi;
• Əmək və vergi qanunvericiliyinin əsaslarının biliyi;
• Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı;
• Məsuliyyətli və stressə davamlı;
• Rus dilini orta səviyyədə bilməli;
Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4330#