10 C
Baku
Saturday, November 23, 2024

Baş Mühasibin Müavini- Grand Motors MMC

İşəgötürən: “Grand Motors” MMC

Vəzifə: Baş Mühasibin Müavini

Əmək haqqı: 900-1200 AZN

İş barədə məlumat

– Təhtəl hesab, şəxslərlə hesablaşmalar, avans hesabatı və ezamiyyət hesabının aparılması;
– Bank sənədlərinin dövriyyəyə işlənməsi,qarantiyaların və tenderlərin maliyyə sənədlərinin hazırlanması;
– Ödəniş tapşırıqlarının,hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi
– Mühasiblər arası işin əlaqələndirilməsinin təşkili.

Namizədə tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə minimum 5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.2,BTP
– Vergi, əmək  qanunvericilikləri üzrə məlumatlı;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30  – 17:30
– Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Baş Mühasibin Müavini” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Son xəbərlər
Digər xəbərlər