Vakansiya haqqında məlumat:
Struktur bölmə : Biznes proseslərin idarə olunması şöbəsi
Vəzifə : Baş mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 26 aprel 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Biznes proseslər üzrə xəritə və blok-sxemlər hazırlamaq;
2. Biznes proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflər vermək;
3. Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələbləri müəyyənləşdirmək;
4. Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqlar hazırlamaq;
5. Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlər görmək;
6. Proseslər üzrə daxili nəzarət sistemlərini inkişaf etdirmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Biznes proseslərin idarə olunması üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İnformatika, riyaziyyat və ya iqtisadiyyat üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini yülsək səviyyədə, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : Maliyyə sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “BPM – baş mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.