Vakansiya haqqında məlumat:
Struktur bölmə : Anderraytinq və qiymətləndirmə departamenti / Qiymətləndirmə və portfel analizi şöbəsi
Vəzifə : Baş mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 16 iyul 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tarif siyasətini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tarif siyasətinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
3. Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi;
4. Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
5. Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
6. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
7. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
8. Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
9. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
10. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət;
11. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.
Namizədə olan tələblər:
İş təcrübəsi : Müvafiq sahədə minimum 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Riyaziyyat, iqtisadiyyat və ya statistika sahələri üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür;
Dil bilikləri : Azərbaycan dili (mükəmməl), rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office, (MS Office Excel-VBA üstünlükdür);
Üstünlüklər : Aktuari akkreditasiyasının olması, Aktuar hesablamaları üzrə yerli və ya beynəlxalq imtahanların verilməsi ( SOA, CAS) üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Yüksək analitik düşünmə qabiliyyəti; riyazi məntiq; şöbədaxili risklərə nəzarət etmək və onları qiymətləndirmək bacarığı; proqnoz vermə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı; danışıqlar aparmaq bacarığı; ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülmə bacarığı; yazı qabiliyyəti; konfliktlərin/stresin idarə edilməsi; etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək; aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə); məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı); təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası :
CV-lər “Qiymətləndirmə və portfel analizi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.