Noyabrın 18-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.