Nazirlər Kabinetində daha bir yüksək vəzifəyə təyinat olub.
Banker.az bildirir ki, bu barədə mənbənin əldə etdiyi məlumatda deyilir.
Azərbaycanın baş naziri Novruz Məmmədovun sərəncamı ilə Zemfira Sairbəyzadə Nazirlər Kabineti Aparatının Regionların İnkişafı, Kənd Təsərrüfatı və Ekologiya Məsələləri Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bundan əvvəl Z.Sairbəyzadə həmin şöbənin müdir müavini vəzifəsini icra edib.
Digər məlumata görə, Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev də vəzifəsindən azad edilib. Bu vəzifəyə hələlik təyinat olmayıb.
©Musavat.com, BakuPost