4 C
Baku
Monday, December 5, 2022

Baş nazir: “Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ mövcud deyil”

“Mən Ermənistan nümayəndəsinin də iştirakı ilə bir neçə dəfə demişəm ki, hər bir dövlət üçün qırmızı xətlər var. Azərbaycan Ermənistanla dinc əməkdaşlığa, sülh sazişi bağlamağa hazırdır. Lakin biz öz torpağımızın bir qarışını da verməyəcəyik”.

Bunu Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, Sərhədlərin delimitasiyası üzrə komissiyanın Ermənistan tərəfindən olan rəhbəri bu gün deyir ki, bu proseslər getmir:

“Azərbaycan birinci gündən bu prosesdə iştirak edir. Ermənistan bu prosesi bir neçə dəfə pozub. Biz bu prosesi davam etdirməyə hazırıq. Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil. Qarabağ Azərbaycandır! Demişik ki, Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ mövcud deyil. Qarabağ iqtisadi rayonu və Azərbaycanın erməni mənşəli vətəndaşları var. Əgər onlar Azərbaycan vətəndaşlığını tanıyarlarsa, bizim Prezident İlham Əliyevin dediyi kimi, əgər onlar Azərbaycan qanunlarına tabe olsalar, Azərbaycanın başqa millətlərdən olan bütün vətəndaşları kimi, onların da bütün hüquqları təmin ediləcək”

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X