3 C
Baku
Saturday, December 14, 2024

Baş nazir: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir

2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib: “Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.

Əli Əsədov qeyd edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd. manat artırılıb ki, bu da ötən il Strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər