Baş Nazirdən Bakı Mühəndislik Universiteti ilə bağlı QƏRAR

Nazirlər Kabineti Bakı Mühəndislik Universitetinin Nizamnaməsini təsdiq edib.

Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Nizamnaməyə əsasən, Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər