7 C
Baku
Thursday, December 12, 2024

Baş nazir bu qurumun Koordinasiya Qrupunun tərkibini dəyişdi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında qərarda dəyişiklik edilib.

Banker.azın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibində “Şahin Ələsgərov – Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri “Tariyel Alverdiyev – Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri ilə əvəz edilib.

Son xəbərlər
Digər xəbərlər