Baş Nazir digər ölkələrlə müqayisədə bizdə vəziyyətin yaxşı olduğunu deyir

Hazırda digər ölkələrlə müqayisədə ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır.

Bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

Baş Nazir vurğulayıb ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

“Bütün şəhər və rayon icra hakimiyyətlərinin rəhbərlərinə ən vacib tapşırıq ondan ibarətdir ki, karantinin şərtləri sözsüz icra olunmalıdır və yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxmayaraq hamı buna əməl etməlidir. Qərargahın tələbləri tam şəkildə icra olunmalıdır. Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək”, – deyə Ə.Əsədov qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları