Baş Nazir dövlət büdcəsində xarici yardımlarla bağlı sərəncam imzalayıb

Azərbaycan Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsünü müəyyənləşdirəcək.

Azərbaycanın Baş Naziri Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sərəncama əsasən, Maliyyə Nazirliyi bir ay müddətində 2020-ci ilin dövlət büdcəsində xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Xatırladaq ki, bu ilin dövlət büdcəsində xarici yardımlar üçün 22 mln. manat vəsait nəzərdə tutulub.