18 C
Baku
Monday, May 27, 2024

Baş nazir dövlət qulluğuna qəbul ilə bağlı qərar imzalayıb

Nazirlər Kabineti “İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı”nı təsdiq edib. Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədovun hazırladığı qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.

Banker.az siyahını təqdim edir:

1. Təyinatı Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan vəzifələr.
2. Seçkisi və təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr.
3. Dövlət orqanlarında (qurumlarında) aşağıdakı vəzifələr:
3.1. idman sahəsi üzrə:
3.1.1. olimpiya komplekslərinin, idman qurğularının rəhbərləri və onların müavinləri;
3.1.2. idman məktəblərinin rəhbərləri;
3.2. qida təhlükəsizliyi sahəsi üzrə:
3.2.1. mühəndis-texnoloq;
3.2.2. sanitar həkim, həkim-epidemioloq, həkim-bakterioloq, həkim-gigiyenist;
3.2.3. baytar müfəttiş;
3.2.4. fitosanitar müfəttiş entomoloq;
3.2.5. fitohelmintoloq, fitopatoloq;
3.2.6. herboloq, mikrobioloq;
3.2.7. bioloq, molekulyar bioloq;
3.2.8. kimyaçı;
3.2.9. parazitoloq;
3.2.10. genetik;
3.2.11. seroloq;
3.2.12. virusoloq;
3.2.13. bakterioloq;
3.2.14. mikoloq;
3.3. kənd təsərrüfatı sahəsi üzrə:
3.3.1. bitkiçilik üzrə mütəxəssis;
3.3.2. epizootoloq;
3.3.3. seleksiya üzrə mütəxəssis;
3.3.4. baytar həkim və mütəxəssis.

3.3.5. aqronom;
3.3.6. bitki mühafizə vasitələri üzrə mütəxəssis;
3.3.7. aqrokimyaçı, toksikoloq, radioloq;
3.3.8. kənd təsərrüfatı mühəndisi;
3.3.9. kənd təsərrüfatı texnikası üzrə mexanik;
3.4. memarlıq, şəhərsalma və tikinti fəaliyyəti sahəsi üzrə:
3.4.1. memar;
3.4.2. konstruktor;
3.4.3. mühəndis;
3.5. mədəniyyət sahəsi üzrə:
3.5.1. mədəniyyət müəssisələrinin rəhbərləri (uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin direktorları, muzey direktorları, H.Əliyev mərkəzlərinin və mədəniyyət mərkəzlərinin direktorları, respublika əhəmiyyətli və mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları, rəsm qalereyalarının direktorları, dövlət qoruqlarının direktorları, teatr və konsert müəssisələrinin direktorları, kinostudiya və kinoteatrların direktorları, nəşriyyatların direktorları);

3.6. səhiyyə və tibb sahəsi üzrə:
3.6.1. tibb müəssisələrinin rəhbərləri (baş direktor, direktor, baş həkim) və onların müavinləri;
3.7. dövlət orqanı statusuna malik olmayan dövlət qurumlarında informasiya texnologiyaları üzrə mütəxəssis;
3.8. elmi müəssisə və təşkilatlar üzrə:
3.8.1. elmi müəssisənin (təşkilatın) rəhbəri və onun müavini;
3.8.2. elmi müəssisədə (təşkilatda) baş konstruktor;
3.8.3. elmi müəssisədə (təşkilatda) baş mühəndis;
3.8.4. elmi müəssisədə (təşkilatda) baş texnoloq;
3.8.5. elmi müəssisədə (təşkilatda) informasiya texnologiyaları üzrə tədqiqatçı;
3.8.6. elmi müəssisədə (təşkilatda) kosmos üzrə tədqiqatçı;
3.8.7. elmi müəssisədə (təşkilatda) mühəndis-tədqiqatçı;
3.8.8. elmi müəssisədə (təşkilatda) fizik-tədqiqatçı;
3.8.9. elmi müəssisədə (təşkilatda) kimyaçı-tədqiqatçı.

Qeyd. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin üçüncü hissəsinin və 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsinin tələbləri bu Siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il stajı olan şəxslərə şamil edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər