12 C
Baku
Monday, November 25, 2024

Baş nazir ilk dəfə NATO sammitində iştirak edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak etməyi düşünür.

Bu barədə “NHK” telekanalı məlumat yayıb.

F.Kişida NATO toplantısında iştirak edən ilk Yaponiya baş naziri ola bilər. Eyni zamanda, sammitdə o, təkcə Ukraynadakı vəziyyəti deyil, həm də Çin və Şimali Koreyanın hərəkətlərini müzakirə etmək, həmçinin Yaponiyanın müdafiə qabiliyyətini köklü şəkildə gücləndirmək planlarından danışmaq niyyətindədir.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində növbəti iclası iyunun 28-30-da Madriddə baş tutacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər