10 C
Baku
Thursday, November 14, 2024

Baş nazir kiçik dövlət müəssisələrinin satışı ilə əlaqədar qərar verdi

Proses sadələşir.

Azərbaycanda kiçik dövlət müəssisələrinin əmək kollektivləri müəssisələrin səhmlərini onlayn rejimdə ala biləcək.

Oxu.Az xəbər verir ki, bu barədə baş nazir Artur Rasizadə qərar verib.

Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”na 24.28-ci və 24.29-cu bəndlər əlavə edilib.

Belə ki, bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu və kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə güzəştli satışını elektron qaydada həyata keçirəcək.

Son xəbərlər
Digər xəbərlər