Nazirlər Kabineti 8 may 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, əlavə şərtlərdə kosmik-peyk rabitə vasitələrinin istehsalı və istismarına ayrıca yanaşma aradan qaldırılıb.