29 C
Baku
Sunday, June 26, 2022

Baş nazir Moldova parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Son xəbərlər
Oxşar xəbərlər