Baş nazir Əli Əsədov müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı qərar imzalayıb.
Bununla bağlı baş nazir “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, “müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə müharibə ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən olunmuş şəxslərə təsis edilmiş təqaüdün ödənilməsi ilə bağlı xərclər daxildir.
Bununla əlaqədar, Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatının “Təqaüdlər” paraqrafına yeni bənd əlavə edilib. Bu paraqrafa müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd xərcləri daxil edilib.