7 C
Baku
Thursday, December 12, 2024

Baş nazir tranzit məsələləri ilə bağlı iclas keçirib

İyunun 09-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib. İclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər.

Banker.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb.

Müvafiq qurumlara konkret tapşırıqlar verilib.

Son xəbərlər
Digər xəbərlər