2024-cü ildə Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2023-cü illə müqayisədə 6%-dən çox artıb.
Bunu Baş nazir Əli Əsədov bu gün İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda bildirib.
“Azərbaycanla Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlıq dinamik inkişaf edir. Xəzər İqtisadi Forumu əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır”, – deyə o qeyd edib.