6 C
Baku
Wednesday, March 5, 2025

Baş nazir yanğın baş verən zavodda əməliyyat müşavirəsi keçirib

Baş nazir Əli Əsədov yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 5-də Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.

Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.

Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.

67c841063c07567c841063c0761741177093074e9b980a63ab7de0321b54da6b00c7

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər