“Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı halda, sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq”.
Bu barədə Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib.
Qeyd edək ki, artıq Nazirlər Kabineti yanında Operativ Qərargah aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunması barədə qərar qəbul edib.
Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.