8 C
Baku
Wednesday, October 30, 2024

Baş nazirdən tenderlərlə bağlı açıqlama

“Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir”.

Babker.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.

Onun sözlərinə görə, fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir.

Ə.Əsədov bildirib ki, Prezidentin tapşırığına əsasən, dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir”

Son xəbərlər
Digər xəbərlər