Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) İnzibati orqanların Təsnifatı siyahısından çıxarılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla, həmçinin, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” bardə Nazirlər Kabinetinin qərarının “Naxçıvan Muxtar Respublikası üzrə:” hissəsindən “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı” sözləri çıxarılıb.