Azərbaycanda ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir.
Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.