28 C
Baku
Tuesday, July 2, 2024

Baş naziri “eBay”da satmaq istədilər

Böyük Britaniyanın baş naziri Devid Kemeronu “eBay”da satmaq istəyiblər.

“Mashable” nəşrindəki məlumatına görə, artıq elan onlayn hərrac saytında mövcud deyil. Buna baxmayaraq, elanın skrinşotu “İmgur” portalında saxlanılıb.

Lota əsasən, satışa “istifa olunmuş baş nazir” çıxarılıb və artıq ona heç bir ehtiyac yoxdur. “Məhsul”a qutu və təlimat əlavə edilməyib. “Məhsulu alıcı gəlib götürməlidir. Satıcı məhsula əl vermağa hazır deyil”, – deyə elanın mətnində deyilir.

 

Skrinşot yaradılana qədər Kemerona görə 65,9 funt-sterlinq təqdim edilirdi. Hərracların sonuna qədər isə beş gün qalırdı.

Bir qədər əvvəl isə Misir prezidenti Abdel Fəttah əl-Sisi də “eBay”da satışa çıxarılıb. Həmçinin ABŞ-dan olan rəssam qadın “eBay”da nəticəsiz olaraq ABŞ-ın Respublikaçılar Partiyasından olan prezidentliyə namizədi Donald Trampın çılpaq şəkilini satmağa çalışıb.4639c0b593ae8b71f6efd1cd12008b06

Lent.az

Son xəbərlər
Digər xəbərlər