22 C
Baku
Tuesday, April 23, 2024

Baş nazirin müavini İranda rəsmi səfərdədir

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb.

Banker.az xəbər verir ki, Şahin Mustafayev bu səfərə böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb.

O, Azərbaycan və İran prezidentlərinin Aşqabadda keçirilmiş görüşünün əhəmiyyətindən danışıb. Şahin Mustafayev əlavə edib ki, bu görüşdən sonra tərəflər arasında danışıqlar inkişaf edib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Prezidenti İranla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Şahin Mustafayev səfər zamanı müzakirə olunacaq önəmli məsələlərdən birinin tranzit məsələsi olduğunu vurğulayıb.

Səfər çərçivəsində Astara çay körpüsü, Astara dəmir yolu və Naxçıvan yolu, Parsabad-Günəşli dəmir yolunun birləşdirilməsi məsələlərinin müzakirə olunacağını bildirib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər