11 C
Baku
Tuesday, November 26, 2024

Baş ofis. Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin Daxili nəzarət şöbəsində aparıcı mütəxəssis – Azər Türk Bank

Vəzifə öhdəlikləri:

  • Cari fəaliyyət zamanı Bank tərəfindən keçirilən bütün əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi;
  • Struktur bölmələrdə monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Bankın fəaliyyətində nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.

Namizədə dair tələblər

  • Ali təhsil (İqtisadiyyat, maliyyə);
  • Bank sahəsində 2 il, nəzarət, audit və ya risk sahəsində 1 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədləri bilmək;
  • Analitik təhlil qabiliyyəti;

CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya [email protected] poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.

CV-lər son qəbul tarixi 31.01.2019

Son xəbərlər
Digər xəbərlər