Baş ofis üzrə Hüquqşünas.
Namizədə qarşı tələblər:
- Ali hüquq təhsili,
- Mülki, mülki-prosessual, əmək, inzibati məsuliyyət, Azərbaycan Respublikasının normativ-hüquqi aktları və bank qanunvericiliyi sahəsində biliklərə malik olmaq,
- Korporativ hüquq sahəsində minimum 1 il iş təcrübəsinə malik olmaq,
- Komandada işləmək bacarığına malik olmaq.
Vəzifə öhdəlikləri:
- Bankın hüquqi və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslər qarşısında müdafiə etmək,
- Müştərilərə verilmiş kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədi ilə məhkəmədən öncə və məhkəmə qaydasında işin aparılmasını təmin etmək,
- Daxili hüquqi təminat, exspertiza və təhlil işləri aparmaq,
- Bank fəaliyyəti zamanı təqdim edilən müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi esxpertizasını həyata keçirilməsi.
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq,
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 dekabr 2017-ci il tarixədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.