8 C
Baku
Friday, December 13, 2024

Baş prokuror eks-nazir Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı

Yeni Baş prokuror Kamran Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxarıb. Banker.az bu barədə “Baku Post”a istinadən bildirir.

Bu gün verilən əmrlə Baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Məmmədov Namiq Nəriman oğlu vəzifəsindən azad edilib.

Baş prokirorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.
Bundan sonra o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.

Mənbə qeyd edir ki, əvvəllər Daxili işlər orqanlarında çalışan N.Məmmədov sabiq Baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib.

Son xəbərlər
Digər xəbərlər