4 C
Baku
Sunday, December 4, 2022

Baş Prokuror İstanbula səfər edib

Türkiyənin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdədir.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, səfər çərçivəsində İstanbul şəhər Baş prokuroru Şaban Yılmazla ikitərəfli görüş keçirilib.

Baş prokuror Türkiyənin Bartın vilayətindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla bağlı həmkarına başsağlığını ifadə edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, ikitərəfli qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb, Türk Dövlətləri Təşkilatının Baş Prokurorluları Şurası çərçivəsində əməkdaşlığın uğurla aparıldığı vurluğulanıb.

Son xəbərlər
Digər xəbərlər
X