10 C
Baku
Sunday, April 14, 2024

Baş Prokurorluğun sorğusu əsasında xarici bankda olan külli miqdarda pulun üzərinə həbs qoyulub

Xarici ölkələrdə olan əmlakların izlənməsi ilə bağlı Baş Prokurorluq tərəfindən işlər aparılır.

Bunu Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyevi qurumun İnstaqram səhifəsində canlı yayımda deyib.

O bildirib ki, şəxsin cinayət yolu əldə etdiyi pulla xarici ölkədə aldığı əmlaklarla bağlı məhkəmə tərəfindən həbs qərarı çıxarılsa, o işlə bağlı Baş Prokorurluq tərəfindən sorğu göndərilir:

“Bu yaxınlarda bir şəxsin xarici ölkə bankında olan 1 milyon 200 min manat vəsaitinin müsadirə edilməsi ilə bağlı işlər görülüb. Azərbaycan Baş Prokurorluğunun sorğusu əsasında həmin ölkənin məhkəməsi bu işə baxıb və həmin məbləğin üzərinə həbs qoyaraq geri qaytarılması ilə bağlı qərar qəbul edib. Yaxın zamanlarda həmin məbləğin Azərbaycana geri qaytarılması təmin ediləcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər