6 C
Baku
Sunday, December 15, 2024

Baş Prokurorluq “Avto-Garant”-la bağlı açıqlama yaydı

Azərbaycan Respublikası Baş Prokurorluğundan Banker.az verilən məlumata görə,bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin  2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması və əsassız qərar qəbul edilməsi ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılmışdır.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, prokurorluq bildirir ki, Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda göstərilən xüsusatlar üzrə mübahisələrə mülki mühakimə qaydasında qarşılıqlı iddia tələblərinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müvafiq qərarlar qəbul edilmiş, həmçinin göstərilən məsələlərlə bağlı məhkəmə baxışları zamanı hər hansı cinayət xarakterli məlumatlar araşdırılması üçün prokurorluq orqanlarına göndərilməmişdir. 

Araşdırma zamanı qeyd edilən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiyallığı nəzərə alınaraq və müraciətdə göstərilən digər xüsusatlar öz təsdiqini tapmadığına görə Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

Son xəbərlər
Digər xəbərlər