26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Baş Prokurorluq bank müştərilərinə xəbərdarlıq etdi

Baş Prokurorluq kibercinayətkarların banklar adından insanlara SMS göndərməsi ilə bağlı əhaliyə əhaliyə xəbərdarlıq edib. Banker.az həmin xəbərdarlığı təqdim edir:

“Son dövrlər insanların mobil telefonlarına müştərisi olduğu banklar adından istifadə edilərək mükafat, hədiyyə və ya lotoreya qazanmaları, şəxsi məlumatların və ya kredit kartı məlumatlarının yoxlanılmasını tələb edən mesajların göndərilməsi halları artmışdır. Kibercinayətkarlar tərəfindən göndərilən həmin mesajlarda müxtəlif rəqəm və hərflərdən ibarət linkə daxil olmaq tələb olunur ki, bu yolla onlar şəxsi məlumatları daha asan şəkildə əldə edə bilirlər. Həmin linklərə daxil olduqda şəxsin müxtəlif hədiyyə və ya pul mükafatı qazanması barədə yalan məlumatlar verilir və əldə edilməsi üçün bir neçə sadə sualın cavablandırılması və yaxud bank kartından cüzi miqdarda ödənişin edilməsi tələb edilir. Bir çox insan həmin mesajların müştərisi olduğu bank tərəfindən göndərildiyini düşünərək dərhal həmin linklərə daxil olur, hətta həmin mesajları bir neçə şəxsə göndərərək yayılmasında vasitəçi olur.

Baş Prokurorluq xəbərdarlıq edir:

Bu kimi hallara inanmayın! Bank kartları barədə məlumatları məxfi saxlayın. Dələduzluğun qurban olmayın”.

Son xəbərlər
Oxşar xəbərlər