12 C
Baku
Monday, November 25, 2024

Baş Prokurorluq: Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni hasilatla məşğul olan 6 şirkəti müəyyən edilib

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana məxsus ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı hazırkı mərhələdə 2 cinayət işinin ibtidai istintaqı aparılıb, qeyri-qanuni hasilat işləri ilə məşğul olan ümumilikdə 6 şirkətin 306.821.019,93 (üç yüz altı milyon səkkiz yüz iyirmi bir min on doqquz) manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirilməsi müəyyənləşdirilib.

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, qanunsuz iqtisadi fəaliyyət, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, hazırkı vaxtadək onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər