13 C
Baku
Saturday, April 27, 2024

Baş Prokurorluq xaricidə təhsil və diplomun tanınması ilə bağlı xəbərdarlıq edib

Banker.az-ın Azərbaycan Respublikasının Baş Prokurorluğundan aldığı məlumata görə, Son zamanlar xaricdə təhsil almaq adı atında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artmışdır.

Məlumatda bildirilirki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. 

Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər